Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

İdman Klubu

Tələbələrin idman bacarıqlarının inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etmək və idmanın müxtəlif növlərinə maraq yaratmaq məqsədilə Qərbi Kaspi Universitetində İdman Klubları Birliyi təsis edilmişdir.  Qərbi Kaspi Universitetinin İdman Klubları Birliyi 2008-ci ildən fəaliyyət göstərir. İdman Klubları Birliyi fəaliyyət müddətində ölkə daxilində və xaricində bir sıra nailiyyətlər əldə etmişdir.  Müasir standartlara uyğun olan futbol, voleybol, həmçinin basketbol zalı mövcuddur. Stolüstü tennis, idman dırmanması ilə məşğul olmaq üçün texniki avadanlıqlar və dırmanma divarı istifadəyə açıqdır. İdman Klubları Birliyi FAİREX ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev zirvəsinə, Bazardüzü zirvəsinə, Şahdağ zirvəsinə, Atatürk zirvəsinə müxtəlif yürüşlər etmişdir. Qərbi Kaspi Universiteti FAİREX ilə birgə beynəlxalq ekspedisiya proqramları çərçivəsində ölkə adına ilklərə imza atmışlar. İlk Azərbaycan-Antarktida ekspedisiyası və ilk Azərbaycan-Afrika ekspedisiyası təşkil edilmişdir. Dağ turizmi və dağçılıq sahələri də İdman Klubları Birliyinin nəzdində fəaliyyət göstərir. Dağlıq ərazilərə təşkil edilən Hiking-lər də tələbələr tərəfindən maraqla qarşılanır. İdman cəmiyyətinin daxilində Eco tur və idman dırmanması da mövcuddur. İdman dırmanması növü üzrə müxtəlif  yarışlarda iştirak etmiş tələbələrimiz yüksək nailiyyətlər  əldə etmişlər. İdman Klubları Birliyinə bir sıra sahələr üzrə klublar daxildir:  Futbol Klubu İdman Klubları Birliyinin nəzdində olan futbol klubumuz  2008-ci ildən fəaliyyət göstərir. Müasir mini-futbol zalı da tələbələrimizin ixtiyarındadır. Futbol klubumuzun peşəkar yığma komandası bir sıra uğurlara imza atmışdır. Klubumuz Universitetlər arası bir sıra yarışlarda iştirak edib, mükafatçılar arasında müxtəlif  yerləri qazanmışlar. Basketbol Klubu İdman Klubları Birliyinin tərkibində formalaşan basketbol klubu 2009-cu ildən fəaliyyətə başlamışdır. Burada basketbol komandamız üçün müasir tələblərə uyğun idman zalımız və avadanlıqlarımız var. Burada komanda üzvləri yarışlara hazırlıq mərhələsində öz məşqlərini keçirirlər. Qərbi Kaspi Universiteti komandası, ali təhsil məktəblərinin tələbələri arasında keçirilən IX Respublika Universiadasında  Basketbol (kişilər) üzrə III yer tutduğuna görə, "Gənclik Tələbə İdman Cəmiyyəti" tərəfindən diplomla təltif olunmuşdur.      

Danışıq Klubu

MƏQSƏDİMİZ: Qərbi Kaspi Universiteti tələbələrinə İngilis Danışıq Klubu təklif edir. Bu proqram universitetin bütün (yerli və beynəlxalq) tələbələr üçün nəzərdə tutulmuşdur və klubumuz vasitəsilə tələbələr ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirə bilərlər. FƏALİYYƏTİMİZ: · Biz hər həftə müxtəlif maraqlı mövzularda interaktiv söhbətlər edirik; · Tələbələrin sosial cəhətdən aktiv olması üçün əlverişli bir mühit yaradırıq; · Klubda yerli və beynəlxalq tələbələrin öz mədəni və milli dəyərlərini bir-birləri ilə bölüşə biləcəkləri imkanları var. Qruplar tələbələrin İngilis dili səviyyələrinə uyğun bölünür və təcrübəli könüllü tələbələr tərəfindən idarə olunur. Danışıq dərsləri həftədə bir dəfə icraçı tələbələrimiz tərəfindən müəyyənləşdirilmiş gündə keçirilir. Struktur: Üzv olmaq üçün Qərbi Kaspi Universiteti Tələbə Cəmiyyətinin fakültə koordinatoruna yaxınlaşaraq məlumat ala bilərlər. Daha sonra fakültə koordinatorunun təqdim etdiyi blankı doldurduqdan sonra cavab gözləmək lazımdır. Tələbələr həmçinin tələb olunan sənədləri təqdim etməlidirlər: 2 ədəd şəkil, şəxsiyyəti təsdiq edən sənəd və tələbə biletinin surəti. Baş koordinator bu blankı sədr müavininə və sədrə təqdim edir. Blanka baxıldıqdan sonra əgər tələbə bütün şərtləri ödəyirsə, müsahibəyə dəvət edilir. Müsahibəni uğurla başa çatdıran tələbə uyğun vəzifədə çalışmağa başlayır Sədr: Fatimə Orucova (İqtisadiyyat Məktəbinin tələbəsi) Əlaqə: Instagram: @wcu_conversation     

Tələbə Elmi Cəmiyyəti

Universitetimizdə böyük bir ailə olduğumuza görə özümüzü Qərbi Kaspi Universiteti Tələbə Cəmiyyəti adlandırırıq. Biz tələbələr olaraq belə bir cəmiyyəti Qərbi Kaspi Universitetinin tələbələri üçün qurmuşuq. MƏQSƏDİMİZ: Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi çərçivəsində tələbələrin maraqlarını təmsil etmək və qorumaq, ictimai, siyasi, mədəni, sosial və iqtisadi həyatda fəal iştiraklarını təmin etmək. DƏYƏRLƏRİMİZ: · Bizi maraqlandırır: Prioritetlərimiz tələbələrin hüquqlarını təmin etmək və istəklərinin nə olduğunu təhlil etməkdir. Tələbələrdən rəy və təkliflərin verilməsi, onlara üçün vacib olan hər şeyi təmin etmək üçün lazımlıdır. · Biz tədbirlər görürük: Bütün rəy və ya təkliflər danışıqlarda və ya kağız üzərində qalmır. Komandamız hər zaman sosial problemlərin həlli kimi məsələlərdə təsirli addımlar atmağa hazırdır. · Biz inkişaf etdiririk: Biz tələbələrin asudə vaxtlarından səmərəli istifadə etmələri üçün onlara köməklik göstəririk. Tələbələr arasında intellektual və sosial inkişafa kömək edirik. Cəmiyyətimiz istedadlı və yaradıcı tələbələrin ölkə daxilində və xaricində keçirilən müsabiqələrdə, sərgilərdə və festivallarda iştirakını təmin edir. Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayət, əxlaqsızlıq və digər mənfi tendensiyalara qarşı profilaktik tədbirlər həyata keçiririk. Qərbi Kaspi Universiteti Tələbə Cəmiyyəti daxilində “Tələbə Elmi Cəmiyyəti” adlı təşkilatla yanaşı bir sıra klublar və işçi qrupları fəaliyyət göstərirHazirda universitetimizdə Qərbi Kaspi Universiteti Tələbə Cəmiyyətinin 800-ə yaxın üzvü var. Struktur: Sədr: Fuad Heydərli (Siyasi Elmlər məktəbinin tələbəsi) İcraçı direktor: Rüstəm Aslanov (III kurs, Filologiya və Tərcümə məktəbinin tələbəsi) Əlaqə: Facebook: Western University Student Union Instagram: @wcu_tgt       

x