Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

Rəqs klubu

Rəqs klubu

MƏQSƏDİMİZ:

Universitetimizin Rəqs Klubu ən böyük ifaçılıq sənəti olan klublarımızdan biridir. Rəqs klubumuzun məqsədi universitetimizin milli, xarici və digər rəqslərə marağı olan tələbələri bir araya toplamagdır. Dərslərimiz rəqsə yeni başlayanlar və rəqs haqqda anlayışı olanlar üçün nəzərdə tutulmuşdur.

FƏALİYYƏTİMİZ:

· Fərdi və qrup şəkillində dərslərin keçirilməsi;

· Daxili və xarici tədbirlərdə klubumuzu təmsil etmək və keçirilən tədbirlərə maraq qatmaq;

· Klub daha çox milli, hip-hop və müasirliyə diqqət yetirərək müxtəlif üslublarda dərslər təklif edir.

Üzv olmaq üçün Qərbi Kaspi Universiteti Tələbə Cəmiyyətinin fakültə koordinatoruna yaxınlaşaraq məlumat ala bilərlər. Daha sonra fakültə koordinatorunun təqdim etdiyi blankı doldurduqdan sonra cavab gözləmək lazımdır. Tələbələr həmçinin tələb olunan sənədləri təqdim etməlidirlər: 2 ədəd şəkil, şəxsiyyəti təsdiq edən sənəd və tələbə biletinin surəti. Baş koordinator bu blankı sədr müavininə və sədrə təqdim edir. Blanka baxıldıqdan sonra əgər tələbə bütün şərtləri ödəyirsə, müsahibəyə dəvət edilir. Müsahibəni uğurla başa çatdıran tələbə uyğun vəzifədə çalışmağa başlayır.

 

 

x