Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

Danışıq Klubu

Danışıq Klubu

MƏQSƏDİMİZ:

Qərbi Kaspi Universiteti tələbələrinə İngilis Danışıq Klubu təklif edir. Bu proqram universitetin bütün (yerli və beynəlxalq) tələbələr üçün nəzərdə tutulmuşdur və klubumuz vasitəsilə tələbələr ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirə bilərlər.

FƏALİYYƏTİMİZ:

· Biz hər həftə müxtəlif maraqlı mövzularda interaktiv söhbətlər edirik;

· Tələbələrin sosial cəhətdən aktiv olması üçün əlverişli bir mühit yaradırıq;

· Klubda yerli və beynəlxalq tələbələrin öz mədəni və milli dəyərlərini bir-birləri ilə bölüşə biləcəkləri imkanları var.

Qruplar tələbələrin İngilis dili səviyyələrinə uyğun bölünür və təcrübəli könüllü tələbələr tərəfindən idarə olunur. Danışıq dərsləri həftədə bir dəfə icraçı tələbələrimiz tərəfindən müəyyənləşdirilmiş gündə keçirilir.

Struktur:

Üzv olmaq üçün Qərbi Kaspi Universiteti Tələbə Cəmiyyətinin fakültə koordinatoruna yaxınlaşaraq məlumat ala bilərlər. Daha sonra fakültə koordinatorunun təqdim etdiyi blankı doldurduqdan sonra cavab gözləmək lazımdır. Tələbələr həmçinin tələb olunan sənədləri təqdim etməlidirlər: 2 ədəd şəkil, şəxsiyyəti təsdiq edən sənəd və tələbə biletinin surəti. Baş koordinator bu blankı sədr müavininə və sədrə təqdim edir. Blanka baxıldıqdan sonra əgər tələbə bütün şərtləri ödəyirsə, müsahibəyə dəvət edilir. Müsahibəni uğurla başa çatdıran tələbə uyğun vəzifədə çalışmağa başlayır

Sədr: Fatimə Orucova (İqtisadiyyat Məktəbinin tələbəsi)

Əlaqə:

Instagram: @wcu_conversation

 

  

x