Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

Dağçılıq Klubu

Qayayadırmanma Klubu

Qayayadırmanma klubu  2008-ci ildən formalaşmışdır. FAİREX -in təşkilatçılığı ilə keçirilmiş yarışlarda bizim tələbələrimiz komanda şəklində iştirak etmiş, mükafatçılar sırasında dəfələrlə yüksək pillələri qazanmışlar. Qayayadırmanma klubu təsis olunduğu gündən bu günədək Universitetimizi fəal şəkildə təmsil etməyə davam edir.

Dağçılıq  Klubu

Dağçılıq klubu 2008-ci ildə yaradılmışdır. Klubun və FAİREX “Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası”nın təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ucqar rayonlarına və yüksək zirvələrinə ekspedisiyalar təşkil edilmişdir. Universitetimizin tələbələri fəal şəkildə bu ekspediyalarda iştirak etmişlər. Hər il Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Qızılqaya silsiləsində yerləşən Heydər Əliyevin adını daşıyan zirvəyə yürüşlər təşkil olunur. Həmçinin Böyük Qafqaz sıra dağlarının Şahdağ, Tufandağ, Bazardüzü və s. zirvələri fəth  olunmuşdur.

 

x