Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

Tələbə Elmi Cəmiyyəti

Tələbə Elmi Cəmiyyəti

Universitetimizdə böyük bir ailə olduğumuza görə özümüzü Qərbi Kaspi Universiteti Tələbə Cəmiyyəti adlandırırıq. Biz tələbələr olaraq belə bir cəmiyyəti Qərbi Kaspi Universitetinin tələbələri üçün qurmuşuq.

MƏQSƏDİMİZ:

Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi çərçivəsində tələbələrin maraqlarını təmsil etmək və qorumaq, ictimai, siyasi, mədəni, sosial və iqtisadi həyatda fəal iştiraklarını təmin etmək.

DƏYƏRLƏRİMİZ:

· Bizi maraqlandırır:

Prioritetlərimiz tələbələrin hüquqlarını təmin etmək və istəklərinin nə olduğunu təhlil etməkdir. Tələbələrdən rəy və təkliflərin verilməsi, onlara üçün vacib olan hər şeyi təmin etmək üçün lazımlıdır.

· Biz tədbirlər görürük:

Bütün rəy və ya təkliflər danışıqlarda və ya kağız üzərində qalmır. Komandamız hər zaman sosial problemlərin həlli kimi məsələlərdə təsirli addımlar atmağa hazırdır.

· Biz inkişaf etdiririk:

Biz tələbələrin asudə vaxtlarından səmərəli istifadə etmələri üçün onlara köməklik göstəririk. Tələbələr arasında intellektual və sosial inkişafa kömək edirik. Cəmiyyətimiz istedadlı və yaradıcı tələbələrin ölkə daxilində və xaricində keçirilən müsabiqələrdə, sərgilərdə və festivallarda iştirakını təmin edir.

Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayət, əxlaqsızlıq və digər mənfi tendensiyalara qarşı profilaktik tədbirlər həyata keçiririk.

Qərbi Kaspi Universiteti Tələbə Cəmiyyəti daxilində “Tələbə Elmi Cəmiyyəti” adlı təşkilatla yanaşı bir sıra klublar və işçi qrupları fəaliyyət göstərirHazirda universitetimizdə Qərbi Kaspi Universiteti Tələbə Cəmiyyətinin 800-ə yaxın üzvü var.

Struktur:

Sədr: Fuad Heydərli (Siyasi Elmlər məktəbinin tələbəsi)

İcraçı direktor: Rüstəm Aslanov (III kurs, Filologiya və Tərcümə məktəbinin tələbəsi)

Əlaqə:

Facebook: Western University Student Union

Instagram: @wcu_tgt

    

 

x