Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

Robototexnika

MƏQSƏDİMİZ:

Robototexnika Klubu Qərbi Kaspi Universiteti Texnoparkında fəaliyyət göstərir. Klubumuzun məqsədi sinifdən kənar tələbələrin texnologiya və mühəndislik bacarıqlarını inkişaf etdirərək onların təhsilini artırmaqdır. Hazırda klubun 9 tələbəsi və 40 üzvü var.

FƏALİYYƏTİMİZ:

· Bu sahədə təhsilli üzvlər tələbələr və şagirdlər üçün təlim və vorkşoplar keçirirlər;

· Region məktəblərində təhsil alan şagirdləri də nəzərə alaraq mütəmadi olaraq bölgələrdə 1-3 günlük robototexnika təlimləri keçirilir;

· Üzvlər klubumuza gələrək robototexnika, mexatronika və elektronika avadanlıqları ilə təcrübi işlər görə bilirlər;

· Tələbələrin təşəbbüsü ilə müsabiqələr təşkil edilə bilər.

 

Üzvlük:

Məktəblərdə və Qərbi Kaspi Universitetində təhsil alan hər hansı bir şagird və ya tələbə onlayn qeydiyyatdan keçə və Robotika Klubuna üzv ola bilər. Onlar mütəmadi olaraq Qərbi Kaspi Universiteti Texnoparkındakı kluba gələ bilər.

  

x