Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Qafqaz dağları forumu

Qərbi Kaspi Universitetinin Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutunun nümayəndə heyəti Türkiyənin Ankara Universitetində keçirilən beynəlxalq “Qafqaz dağları forumu-2019”da iştirak edib.

Forum çərçivəsində "Qafqaz tədqiqatları gündəliyi", dağların dayanıqlı inkişafı sahəsi ilə bağlı tədqiqatlar, dağlıq regionların inkişafı və s. məsələlər müzakirə olunub.

Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Forumda “Qafqaz dağlarının ekoloji problemləri: onların həlli perspektivləri” mövzusunda çıxış edib, tədqiqatçıları maraqlandıran sualları cavablandırıb.

Forumda dünyanın müxtəlif ölkələrinin elm və tədqiqat mərkəzlərinin nüfuzlu alim və tədqiqatçıları iştirak edirlər. Forum bu sahənin mövcud problemlərinin müzakirəsi, həlli yollarının təhlili baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.

Xatırladaq ki, Qərbi Kaspi Universitetində Beynəlxalq Dağçılıq Federasiyası ilə birgə yaradılmış Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutu fəaliyyət göstərir. Məhz bu İnstitutun təşkilatçılığı ilə bu ilin may ayında Qərbi Kaspi Universitetində “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı 3 günlük Beynəlxalq konfrans keçirilib, dünyanın 40-dək ölkəsindən tanınmış alim və tədqiqatçılar konfransda iştirak ediblər.

x