Qərbi Kaspi Universiteti

Tədqiqatlar

“Psixologizm

Qərbi Kaspi Universitetində “Psixologizm - A.P.Çexov və C.Məmmədquluzadə yaradıcılığında” mövzusunda seminar keçirilib.

Çıxışçı, universitetin müəllimi Tamam İsmayılova dünya ədəbiyyatında “yazıçı psixoloq”ların əsərlərinin psixoloji tərəflərinə toxunub, mövzu rus və Azərbaycan ədəbiyyatında muqayisəli şəkildə təhlil edilib. Seminarda da V. Vulf, E. Zolya, G. Mopassan, Q. Flober, C.Coys, O.Balzak, L.N.Tolstoy, F.Dostoyevski, İ.S. Turgenev, A.P.Çexov, C. Məmmədquluzadə, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, İ.Əfəndiyev və basqa yazıçıların əsərlərində obrazlarının psixoloji təhlili canlandırılıb.

Daha sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Seminarda AMEA-nın elmi-tədqiqat institutlarının və ali təhsil ocaqlarının tədqiqatçıları iştirak ediblər.

x