Qərbi Kaspi Universiteti

Tədqiqatlar

“EBSCOhost platforması”

Qərbi Kaspi Universitetində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AZ.KİK) çərçivəsində universitetin əməkdaşları üçün “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda seminar təşkil edilib.

Eilf.net-in Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi Cəmilə Yusifova müasir rəqəmsal kitabxanaların işləmə mexanizmləri, açıq elektron resurslarda tam mətnli məqalələrdən elmi araşdırmalarda istifadə imkanları, beynəlxalq nəşriyyatlarda məqalələrin nəşri üçün jurnal seçimi meyarları barədə məlumatlar verib.

Daha sonra seminar müzakirələrlə davam edib.

Məlumat üçün bildirək ki, Qərbi Kaspi Universitetində dünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatoru olan EBSCO şirkəti ilə əməkdaşlığa başlayıb.

Şirkət 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına giriş təqdim edir. "EBSCO” 375-dən çox müxtəlif elmi-tədqiqat bazasının resurslarına, o cümlədən 360 min elmi jurnal və 550 min elektron kitaba vahid nöqtədən çıxış imkanı yaradır.

Daim kitabxana fondunu zənginləşdirən Qərb Universiteti ilə EBSCO-nun əməkdaşlığı nəticəsində universitetin professor-müəllim heyəti, tələbələri müxtəlif sahələrlə bağlı mövcud ədəbiyyatlarla, eləcə də yeni çap olunan kitablarla tanış olmaq imkanlarını genişləndiriblər.

x